Goranboyda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Apa.аz xəbər verir ki, hadisə Goranboy-Tərtər avtomobil yolunun rayonun Xanqərvənd kəndində keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada 1967-cı il təvəllüdlü X.Hacıyevi vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.