"BakuBus"ın Gəncədə fəaliyyətə başlaması ilə əlaqədar "CityCard" veb-saytında Gəncə Nəqliyyat Xəritəsi istifadəyə verilib.
Gencexeber.az məlumat verir ki, hər bir vətəndaş veb-sayta daxil olaraq marşrut xətləri, dayanacaqlar və hərəkət istiqamətləri barədə ətraflı məlumat əldə edə, gündəlik səfərlərini daha rahat və planlı şəkildə təşkil edə bilərlər.
"CityCard" veb-saytı ilə tanış olmaq üçün bu linkdən keçid edin.