İtaliyanın Yezolo şəhərində gənclər arasında kikboksinq üzrə WAKO Avropa çempionatı keçirilir.
Gencexeber.az-ın məlumatına görə, Rəvan Rizvan oğlu İsgəndərli sözügedən yarışda uğurla iştirak edib. 2009-cu il təvəllüdlü yeniyetmə 51 kiloqram çəki dərəcəsində gücünü sınayıb. Məşqçi Anar Məmmədovun rəhbərliyi altında yarışa qatılan Rəvan 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, Rəvan İsgəndərli Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin şagirdidir. O, bu ilin may ayında Türkiyənin Antalya şəhərində kikboksinq üzrə beynəlxalq turnirin ikincisi olub.