top
Gəncədə yeniyetməni öldürən şəxsin cəzası azaldıldı
03 dekabr 2025, 12:22
- ↺ +

Gəncədə yeniyetməni öldürən şəxsin cəzası azaldıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə Apellyasiya Məhkəməsində 17 yaşlı oğlanı qətlə yetirməkdə təqsirləndirilən Azər Mövsümovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.аz xəbər verir ki, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Hadisə 19 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhərində yerləşən "Rəvan" adlı kafenin qarşısında qeydə alınıb.

İttihama görə, 1984-cü il təvəllüdlü Azər Mövsümov bıçaqla 2005-ci il təvəllüdlü Həsən Novruzova xəsarət yetirib. Nəticədə o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Mövsümova Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə elan edilən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdi. Həmçinin, o, həmin Məcəllənin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 17 il müddətə azadlıqdan məhrum edilmişdi.
Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti təmin edilməyib. Təqsirləndirilən şəxsin isə apellyasiya şikayəti qismən təmin olunub, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, Azər Mövsümovun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilib və o, 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
Dünən, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
Dünən, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
Dünən, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
Dünən, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
Dünən, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
Dünən, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Bütün xəbərlər
Dünən, 11:24

Gəncədə qanunsuz tikililər sökülüb

Bütün xəbərlər
Dünən, 10:52

Gəncəli kriminal avtoritet həbsdə öldü

Bütün xəbərlər
Dünən, 10:10

Gəncə Dövlət Filarmoniyasının qurucusunun anım günüdür

Bütün xəbərlər
Dünən, 09:40

Gəncədə güclü külək budağı avtomobillərin üzərinə aşırdı

Bütün xəbərlər
Dünən, 00:00

25 noyabr - Kəlbəcərin erməni işğalından azad edildiyi gündür

Bütün xəbərlər
24 noyabr 2026, 17:28

Cavad xan qəsəbəsində bərbad yollar, qaranlıq küçələr

Bütün xəbərlər
24 noyabr 2026, 16:51

Sabah Gəncədə hava buludlu olacaq - PROQNOZ

Bütün xəbərlər
24 noyabr 2026, 16:13

Gəncədə daha bir xəstəxana rəhbəri vəzifəsini İTİRDİ

Bütün xəbərlər
24 noyabr 2026, 15:26

Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır

Bütün xəbərlər
24 noyabr 2026, 15:00

Abbas Səhhət adına xəstəxananın rəhbəri işdən çıxarıldı

Bütün xəbərlər
24 noyabr 2026, 14:31

Gəncədə 11 mindən çox şəxsə 100 manata yaxın yardım verilir

Bütün xəbərlər
24 noyabr 2026, 13:03

Gəncədə ödənişsiz əməliyyata pul istənildi, xəstə ağrılar içində qaldı – İDDİA

Bütün xəbərlər
24 noyabr 2026, 12:13

Çayda batan altı uşaq atasının axtarışları aparılır

Bütün xəbərlər
24 noyabr 2026, 11:31

Qatarda siqaret çəkib, söyüş söyən kişi HƏBS EDİLDİ

Bütün xəbərlər
24 noyabr 2026, 10:36

Ailəsinin faciəsinə səbəb olan kişinin sürücülük hüququ olmayıb

Bütün xəbərlər
24 noyabr 2026, 10:08

Gəncənin 18 il baş infeksionisti olan həkim dünyamızdan köçdü

Oxşar xəbərlər