top
Gəncədə valideyinləri ölən gənc: Pula görə xəstəxana qəbul etmədi, ambulansda qaldı, sonra da öldü
Foto
06 dekabr 2025, 12:33
- ↺ +

Gəncədə valideyinləri ölən gənc: "Pula görə xəstəxana qəbul etmədi, ambulansda qaldı, sonra da öldü"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən ilin noyabrın 9-da Gəncədə baş verən və iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Teleqraf.аz xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, qəzanın iştirakçısı Sənan İsgəndərov 5 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə günü Sənan İsgəndərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. Hadisə nəticəsində "Opel"də olan Faxrəddin Əliyev və həyat yoldaşı Kəbirə Əliyeva xəstəxanada dünyasını dəyişiblər.

Ehtiyatsızlıqdan baş vermiş hadisə zamanı 2001-ci il təvəllüdlü Sənanın sürət həddi 60 km/saat olan yolda tələblərə əməl etməyərək avtomobili saatda 108 kilometr sürətlə idarə etdiyi müəyyənləşib.

Məhkəmədə ifadə verən zərərçəkmişlərin oğlu bildirib ki, xəstəxanaya gedəndə atasının başının yarıldığını, anasına da elektroşok verildiyini görüb:

"Təxminən yarım saat sonra anam dünyasını dəyişdi. Bir gün sonra atamı Mərkəzi Klinika Gəncə Xəstəxanasına apardıq, həmin vaxt xəstəxananın pulunu ödəyə bilmədiyimiz üçün atamı qəbul etmədilər. Təxminən 20 dəqiqə atamı təcili tibbi yardım avtomobilində qaldı, sonra qardaşım pul tapıb gətirdi. Bir neçə gün sonra da atam dünyasını dəyişdi".

Fəxrəddin Əliyev və Kəbirə Əliyevanın hüquqi varisləri təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını bildiriblər. Onlar Sənan İskəndərova yüngül cəza verilməsini məhkəmədən xahiş ediblər.

Qeyd edək ki, hadisə nəticəsində həyatını itirən Fəxrəddin Əliyevin həyat yoldaşı Kəbirə Əliyeva Şəmkir rayon İ.Əliyev adına Füzuli qəsəbə tam orta məktəbində çalışırdı.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
08 oktyabr 2026, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
08 oktyabr 2026, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
08 oktyabr 2026, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
08 oktyabr 2026, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
07 oktyabr 2026, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
07 oktyabr 2026, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Oxşar xəbərlər