top
Gəncə Şəhər İcra Hakimiyyəti tənqidlərdən nəticə çıxardı – Yeni il gecəsi ATƏŞFƏŞANLIQ OLACAQ
30 dekabr 2025, 18:00
- ↺ +

Gəncə Şəhər İcra Hakimiyyəti tənqidlərdən nəticə çıxardı – Yeni il gecəsi ATƏŞFƏŞANLIQ OLACAQ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına Meydanda möhtəşəm atəşfəşanlıq keçiriləcək.

Bu barədə Gencexeber.az-a adıçəkilən qurum tərəfindən məlumat verilib. Bildirilib ki, Yeni il gecəsi şəhərin mərkəzində təşkil olunacaq atəşfəşanlıq Gəncə sakinlərinə bayram ovqatı yaşadacaq.

"Yeni ili yeni arzular, xoş əhval-ruhiyyə və birlik ab-havası ilə qarşılamaq üçün hər birinizi şəhərimizin mərkəzinə dəvət edirik", – Gəncə Şəhər İcra Hakimiyyəti əlavə edib.

Qeyd edək ki, ötən il – 31 dekabr tarixində Gəncə şəhərində rəsmi olaraq nə atəşfəşanlıq, nə də konsert proqramı təşkil edilib. Şəhər meydanına toplaşan sakinlər Yeni ili özləri gətirdikləri pirotexniki vasitələrlə qarşılayıblar. 

Xatırladaq ki, bir neçə gün öncə Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən verilən açıqlamada Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı hər hansı rəsmi tədbirin keçirilməsinin nəzərdə tutulmadığı bildirilib. Sözügedən məlumatın redaksiyamız tərəfindən ictimaiyyətə çatdırılmasından sonra məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Yüzlərlə vətəndaş Gəncə kimi böyük və əhalisi sıx olan bir şəhərdə Yeni ilin rəsmi şəkildə qeyd edilməməsindən narazılıq edərək, şəhər rəhbərliyinin bu məsələdə passiv mövqe tutduğunu vurğulamışdı.

Məhz bu ictimai təzyiq və sosial şəbəkələrdə səsləndirilən haqlı iradlardan sonra şəhər rəhbərliyi tərəfindən atəşfəşanlığın təşkil olunması qərarı verildiyi ehtimal olunur.

Redaksiyamız tərəfindən bayram tədbirinin və atəşfəşanlığın əvvəlcə keçirilməməsi, daha sonra isə təşkil edilməsi qərarının hansı səbəblərdən qaynaqlandığını aydınlaşdırmaq məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinə rəsmi sorğu göndərilsə də, sorğumuza cavab verilməyib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
Dünən, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
Dünən, 16:45

"Gəncə"nin beş oyunçusu liftdə xəsarət aldı

Bütün xəbərlər
Dünən, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
Dünən, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Dünən, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
Dünən, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
Dünən, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
Dünən, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
Dünən, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
Dünən, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
Dünən, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
07 oktyabr 2026, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
07 oktyabr 2026, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
07 oktyabr 2026, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
07 oktyabr 2026, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
07 oktyabr 2026, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
07 oktyabr 2026, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
07 oktyabr 2026, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
07 oktyabr 2026, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Oxşar xəbərlər