 
                                            
                    
                    Gəncədə 9-16 noyabr tarixlərində ilk dəfə Aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.
Gencexeber.az bildirir ki, 17 ölkədən ən güclü gimnastlar ölkəmizə toplaşaraq kubok uğrunda mübarizə aparacaqlar.
Gəncə İdman Sarayında keçiriləcək yarışlarda 9-11 noyabr tarixlərində yeniyetmələr və 15 yaşadək idmançılar arasında, 14-16 noyabr tarixlərində isə böyüklər arasında çempionatlar keçiriləcək.
Biletləri tezliklə iticket.az saytından və şəhərin kassalarından əldə edə biləcəksiniz.