Gəncədə fəaliyyət göstərən təhsil müəssisəsi və İtaliyanın Carlo Bo Urbino Universiteti əməkdaşlığa başlayır. Bu haqda 17 yanvar tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.
Belə ki, Gəncə Dövlət Universiteti ilə İtaliyanın Carlo Bo Urbino Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Anlaşmaya görə, hər iki universitet arasında təhsil, mədəni və elmi tədqiqatlar sahəsində əməkdaşlığın qurulması, tələbə və müəllimlərin mübadiləsi, eləcə də birgə elmi tədqiqatlar və konfransların təşkil olunması nəzərdə tutulur.
Qeyd edək ki, İtaliyanın Carlo Bo Urbino Universiteti dövlət universiteti statusundadır. Təhsil müəssisəsi XV əsrin ortalarından etibarən fəaliyyət göstərir. Burada 10 fakültə üzrə 17 minə yaxın tələbə ali təhsil alır.