Xəbər verdiyimiz kimi, Gəncədə uzun müddət təyinatı üzrə istifadə olunmayan reklam lövhəsi sınıq-salxaq vəziyyətdə mövcudluğunu davam etdirib.
Gencexeber.az məlumat verir ki, hazırda Vəli Xuluflu küçəsində, “Həsən” marketin yaxınlığında yerləşən bilbordun təmiri üzrə işlər aparılır.
Qeyd edək ki, həmin reklam lövhəsi piyada və avtomobillərin sıx hərəkəti ilə seçilən bu ərazidə təhlükə mənbəyinə çevrilmişdi.