Gəncə Gənclər Evi təltif olunub. Bu haqda 4 fevral tarixində Ganjanews-a istinadən məlumat veririk.
Mingəçevir şəhərində "Gənclər Paytaxtı 2023” layihəsinin açılış mərasimi keçirilib. Tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Burada Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, rayon ictimaiyyətinin nümayəndələri və Mingəçevirin fəal gəncləri iştirak ediblər.
Mərasimdə 2022-ci ildəki uğurlu fəaliyyətinə görə Gəncə Gənclər Evi xüsusi mükafata layiq görülüb.