Gəncə təmsilçisi voleybolçusu ilə yollarını ayırıb.
Gencexeber.az “Gəncə” voleybol klubuna istinadən məlumat verir ki, söhbət Fidan Azayevadan gedir. Tərəflər arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xatırladaq ki, voleybolçu kluba bu ilin avqust ayında transfer olunmuşdu. Onun daha öncə oynadığı komanda “UNEC” VK idi.