Üzərində külli miqdarda narkotik vasitələr daşıyan Gəncə sakini saxlanılıb. Bu haqda 14 yanvar tarixində Gencexeber.az DİN-ə istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Ə.Vəliyev saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq marixuana, 1 kiloqram 182 qramdan artıq heroin və 3 ədəd metadon həbi aşkar olunaraq götürülüb.