Gəncə şəhər sakini Bakıda gerçəkləşdirdiyi oğurluğa görə saxlanılıb. Bu haqda 2 fevral tarixində Daxili İşlər Nazirliyi məlumat paylaşıb.
Bakı ŞBPİ və Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Gəncə şəhər sakini R.Qasımov saxlanılıb. O, Səbail rayon ərazisindəki evdən 600 manat pul, 2 aptekdən isə pul və mobil telefon oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.