Gəncə sakinindən nömrəsi silinmiş tapança götürülüb. Bu haqda 28 yanvar tarixində DİN-ə istinadən xəbər veririk.
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tağıyevdən nömrəsi silinmiş “Revolver” tipli tapança və 2 ədəd patron götürülüb. Araşdırma aparılır.