Gəncə sakini narkotik üstündə tutulub. Bu haqda 16 fevral tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
Naftalan Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini F.Əmirov saxlanılıb. Onun üzərindən 450 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.