Daha bir Gəncə sakini oğurluq üstündə tutulub. Bu haqda 16 fevral tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
Göygöl Rayon Polis Şöbəsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini S.Əsgərov saxlanılıb.
O, Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindəki marketlərin birindən 1990 manat pul oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.