Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda 25 noyabr tarixində Apa.az-a istinadən məlumat veririk.
Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində çay evlərinin birinin qarşısında baş verib. 49 yaşlı Kamil Həsənov qarnından bıçaqlanıb.
Həsənov xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.