Gəncə sakinindən silah tapılıb. Bu haqda 17 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.
Nizami rayon polis şöbəsinin əməkdaşlarının apardıqları əməliyyatlar nəticəsində şəhər sakini Elnur İsgəndərov saxlanılıb. Baxış keçirilən zaman onun üzərindən 1 ədəd "Makarov" tapançası, 6 patron və 1 sandıqca aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.