Gəncədə məşhur şirkətlərdən biri yığıncaq keçirəcək. Bu haqda 12 iyul tarixində İqtisadiyyat.az-a istinadən məlumat veririk.
Söhbət “Gəncə Şərab-1” ASC-dən gedir. Şirkətin səhmdarlarının illik ümumi yığıncağı baş tutacaq. İclas 30 avqust tarixinə planlaşdırılıb. Burada aşağıdakı məsələlər müzakirə olunacaq:
- 2023-cü ilin yekunları üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı;
- Cəmiyyətin illik balansının (hesabatının) müzakirəsi və təsdiqi (baş direktorun hesabatı);
- Direktorlar şurası və onun sədrinin seçilməsi;
- Təftiş komissiyasının və onun sədrinin seçilməsi;
- Digər məsələlər.