Gəncədə yeni idarə yaradılacaq. Bu haqda 8 fevral tarixində President.az saytına istinadən məlumat veririk.
Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Sənəddə Gəncə Regional Turizm İdarəsinin yaradılması qərara alınıb.