Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda Gencexeber.az 23 noyabr tarixində Azertag.az-a istinadən məlumat verir.
Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Verdiyev saxlanılıb. O, sentyabrın 3-də R.Əliyevə məxsus avtomobildən pulqabısını, mobil telefon və enerji qurğusunu oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.