Gəncə təmsilçisi "Kəpəz" yoxlama oyununa çıxacaq. Bu haqda futbol klubunun rəsmi Facebook səhifəsində məlumat dərc edilib.
Komanda yanvarın 22-si "Turan Tovuz"la qarşılaşacaq. Oyun saat 14:00-da Gəncə Şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, "Kəpəz" Azərbaycan Birinci Divizionu çərçivəsində oynadığı 12 oyunda 22 xal toplayıb. Hal-hazırda klub çempionatda üçüncü yerdə qərarlaşıb.