Gəncənin "Kəpəz" futbol klubu yoxlama oyunu üçün Bakıya yollanıb. Bu haqda klubun Facebook səhifəsində məlumat dərc edilib.
"Kəpəz" yoxlama oyununda "Keşlə" ilə qarşılaşacaq. Oyun yanvarın 25-də rəqib komandanın meydanında baş tutucaq. Matça saat 15:30-da start veriləcək.
Qeyd edək ki, "Kəpəz" cari mövsümdə Azərbaycan Birinci Divizionu çərçivəsində oynadığı 12 oyunda 22 xal toplayıb.