Gəncəni təmsil edən "Kəpəz" futbol klubu Azərbaycan kubokunda öz qüvvəsini sınayacaq. Bu haqda Gencexeber.az 11 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat verir.
Sayca 30-cu kubokun 2021-2022 mövsümünün püşkü atılıb. 10-11 dekabrda keçiriləcək birinci turun oyunu çərşivəsində Gəncəlilər "Sabah" futbol klubu ilə qarşılaşacaqlar.
Qeyd edək ki, mübarizəyə 12 komanda qoşulacaq. Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı 1-ci divizion təmsilçiləri Zaqatala, Kəpəz, Qaradağ-Lökbatan və MOİK futbol klubları yarışacaqlar.