Gəncəli sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov yaxın vaxtlarda karyerasını başa vura bilər. Bu haqda Report.az-a istinadən məlumat veririk.
30 yaşlı idmançının sözlərinə görə, o, zədələrdən sonra bərpa ola bilmir.
"Yenidən ağrıların yaranacağından ehtiyat edirəm. Ona görə nə karyeramı bitirə, nə də davam etdirə bilirəm. Hələlik, fərdi məşqlərlə kifayətlənirəm. Əlbəttə, karyeramı davam etdirmək istərdim. Lakin bel fəqərəmdə 5 sm-lik yırtığın olması mənə çətinlik yaradır", - deyə Əsgərov bildirib.
Qeyd edək ki, Toğrul Əsgərov 17 sentyabr 1992-ci ildə Gəncədə dünyaya gəlib. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanmışdır.