Gəncədə şirkətlərdən biri Türkiyə üçün ianə edib. Bu haqda 10 fevral tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində 18 mindən çox şəxsin həlak olması, 70 mindən çox şəxsin yaralanması ilə dövlətlərlə yanaşı, şirkətlər də Türkiyə üçün yardım kampaniyasına qoşulub. Onların arasında “Gəncə Körpü Tikinti - 2” ASC də yer alıb.
Şirkət qardaş ölkə üçün 200.000 TL yardım ayırıb.