Gəncə regional ASAN xidmət mərkəzinin könüllüləri müsabiqə qalibi olublar. Bu haqda 28 dekabr tarixində ASAN Könüllüləri məlumat paylaşıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl Bayramı münasibətilə təşkil olunmuş "Eko-şam" ağacı ekoloji müsabiqəsinin qalibləri bəlli olub. Gəncəli könüllülərinin proyekti birinci yerə layiq görülüb. Qaliblər təltif olunublar.
Xatırladaq ki, 10 nəfərdən ibarət komanda 8 gün ərzində layihə üzərində çalışmışdır. Həmin şam ağacını 14 yanvar 2022-ci il tarixinədək Gəncə ASAN Xidmət mərkəzində görmək olar.