Gəncədə könüllülər "Eko şam ağacı" düzəldiblər. Bu haqda ASAN könüllüləri məlumat paylaşıb.
"Yaşıl ASAN" ekoloji proqramı tərəfindən "Eko-şam ağacı" sərgi-müsabiqəsi keçirilib. Layihə çərçivəsində könüllülər kağız və ya müxtəlif tullantılardan ibarət şam ağacları hazırlayıblar. Gəncə şəhərinin könüllüləri də sərgidə iştirak ediblər. 10 nəfərdən ibarət komanda 8 gün ərzində proyekt üzərində işləyib. Həmin şam ağacını 14 yanvar 2022-ci il tarixinədək Gəncə ASAN Xidmət mərkəzində ziyarət etmək olar.