Gəncə Şəhər Birləşmiş Xəstəxanasına təyinat olub. Bu haqda 3 fevral tarixində xəstəxanaya istinadən məlumat veririk.
Müvafiq qərara əsasən, İlkin Yusub oğlu İsmayılov Gəncə Şəhər Birləşmiş Xəstəxanasında direktor vəzifəsini icra edəcək. Bundan öncə o, Abbas Səhhət adına 1 saylı Xəstəxananın Baş həkimi olub.
Xatırladaq ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru Nazim Əhmədov bir neçə gün bundan əvvəl vəzifəsindən azad edilib.