Gəncədə yerləşən "Bon Appetit" şirniyyat evində yanğın baş verib. Bu haqda Gencexeber.az-a 13 dekabr tarixində məlumat daxil olub.
Obyekt Mirzə Abbas Abbaszadə küçəsi, 32 (Mərkəzi poçtun yanında) ünvanında yerləşir. Bu gün səhər saatlarına elektrik qovşağında qısaqapanma baş verib. Yanğına görə, ərazidə işıq təminatı kəsilib. Bu səbəbdən işıqfor da işləmir.
Sakinlərin sözlərinə görə, yanğın güclü partlayışla müşahidə edilib. Bu səbəbdən 1 nömrəli orta məktəbin rəhbərliyi şagirdləri evə göndəriblər.
Hal-hazırda "Azərişıq" ASC-nin əməkdaşları əraziyə cəlb olunaraq işıq təchizatın bərpası məqsədi ilə işlər aparırlar.
[caption id="attachment_6612" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]