Gəncədə yeni xəstəxana fəaliyyətə başlayıb. Bu haqda Gencexeber.az-a yanvarın 24-ü məlumat daxil olub.
"ANKARA MEDİC LAB" klinikasının açılışı baş tutub. Tibb müəssisəsi şəhərin Atatürk prospektində, 1 saylı tam orta məktəbin yanında yerləşir.
Klinikada aşağıda qeyd olunan xidmətlər göstəriləcək:
- Laboratoriya;
- Ginekologiya;
- Urologiya;
- Endokrinologiya;
- Kardiologiya;
- Terapiya;
- USM.
Qeyd edək ki, Mərasimdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu Zəki Öztürk, Gəncə Şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov iştirak ediblər.