Gəncə sakini mənzilində ölü tapılıb. Bu haqda Gencexeber.az 16 noyabr tarixində Apa.az-a istinadən məlumat verir.
Hadisə şəhərin Kəpəz rayonunda qeydə alınıb. Çağırış ünvanına FHN-nin xilasetmə qüvvələri cəlb olunmuşdur. Onlar mənzilin giriş qapısını açıb, 61 yaşlı Hicran Əliyarovanın meyitini aşkar ediblər.
Əməkdaşlar meyiti adiyyəti üzrə təhvil veriblər.