Gəncə sakinini qatar vurub. Bu haqda APA-ya istinadən məlumat veririk.
Hadisə "Vağzal" adlanan ərazidə baş verib. 35 yaşlı R.Rzayev dəmir yolunu keçmək istəyəndə qatar onu vuraraq sağ ayağını dizdən aşağı qoparıb. O, xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zamanı Rzayevin sərxoş olduğu bildirilir. Əraziyə polis əməkdaşları cəlb olunub.