Gəncə sakini dəm qazından zəhərlənib. Bu haqda Apa.az-a istinadən 27 noyabr tarixində məlumat veririk.
Hadisə şəhərin Qəmərli küçəsində qeydə alınıb. 45 yaşlı Vüqar Seyidov zəhərlənmə diaqnozu ilə xəstəxanaya qaldırılmışdır. Xəstənin vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, Seyidov yaşadığı evdə zəhərlənib.