İstanbul-Gəncə-İstanbul reysi üzrə uçuşlara start veriləcək. Bu haqda Apa.az-a istinadən məlumat veririk.
"Pegasus Airlines" aviaşirkəti uçuşları 18 martdan etibarən İstanbulun Sabiha Gökçen Hava Limanından (SAW) Gəncə Beynəlxalq Hava Limanına (GNJ) həyata keçirəcək.
İki istiqamət üzrə biletin qiyməti 123 avro (236,5 manat) təşkil edir.