Gəncəni təmsil etmiş voleybolçu xarici klubla anlaşıb. Bu haqda 4 iyul tarixində Azərtac-a istinadən məlumat veririk.
Söhbət ötən mövsüm “Gəncə”də çıxış etmiş Olqa Zaxarovadan gedir. Rusiyalı voleybolçunun yeni klubu məlum olub. O, karyerasını ölkəsində davam etdirəcək.
İdmançı “Amurskie Tiqritsı” komandası ilə anlaşıb. Zaxarova ilə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, Olqa Zaxarova ötən ilin yayında “Gəncə” VK-ya keçmişdi.