Gəncədə 48 yaşlı kişi zəhərlənərək dünyasını dəyişib. Bu haqda Apa.az-a istinadən məlumat veririk.
Kazım Yavuz oğlu Hacıyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, 48 yaşlı kişi dünyasını dəyişib.
Müayinə zamanı onun dərman içərək özünü zəhərləməsi diaqnozu qoyulmuşdur.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.