Gəncədə ictimai nəqliyyat və taksilərdə reydlər keçirilib. Bu haqda 2 fevral tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Yol Polis şöbəsinin əməkdaşları koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə şəhərdə monitorinqlər keçiriblər. Tədbirlər zamanı ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər müəyyən edilib. Onlarla profilaktik söhbətlər aparılıb. Həmin şəxslər avtobuslardan düşürülüb və inzibati məsuliyyətə cəlb olunublar.
Bundan başqa, vaksinasiyadan keçməyən, tibbi maskadan istifadə etməyən taksi sürücüləri də müəyyən edilib və saxlanılıblar. Onlar cərimələniblər.