Gəncədə 11 noyabr tarixində bir nəfər intihara cəhd edib. Bu haqda Gencexeber.az Oxu.az-a istinadən məlumat verir.
44 yaşlı Elbrus Məmmədzadə üzərinə benzin tökərək özünü yandırmağa çalışıb. O, xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Vətəndaşın vəziyyətinin normal olduğu bildirilir.
Hadisə zamanı Məmmədzadənin sərxoş olduğu bildirilir.