Gəncədə şəhid ailəsinin yaşadığı evdə partlayış baş verib. Bu haqda Gencexeber.az 12 noyabr tarixində Oxu.az-a istinadən məlumat verir.
Hadisə Yeni İrəvan qəsəbəsində qeydə alınıb. İlkin ehtimallara görə, şəhid Elməddin Namazovun vaxtı ilə yaşadığı mənzildə hamamdakı qızdırıcı cihaz partlayıb.
"Hamam dağılıb, məişət əşyalarım yararsız hala düşüb", - deyərək şəhdin anası bildirib.
Qeyd edək ki, hadisə nəticəsində Elməddin Namazovun bacıları Xatun və Təhminə Namazovalar müxtəlif xəsarətlər alıblar.