Gəncədə yanvar ayı üzrə atmosfer havasının keyfiyyəti açıqlanıb. Bu haqda 27 yanvar tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat paylaşıb.
Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasovanın sözlərinə görə, şəhərdə azot-4 oksidinin göstəriciləri normadan yüksək olub. Nəticələr avtomatik stansiyalardan əldə olunub.
Bundan başqa Gülnarə Abbasova bildirib ki, yanvar ayının sonunadək havanın keyfiyyətinin yaxşı olacağı gözlənilir.