Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni İl şənliyi keçirilib. Bu haqda Gencexeber.az-a dekabrın 21-i məlumat daxil olub.
Tədbir "Xəmsə Park" ticarət mərkəzində yerləşən "Nyam-Nyam house"da təşkil olunub. Proqram çərçivəsində uşaqlar orada yemək yeyiblər, rəqs ediblər və müxtəlif atraksionlarda əyləniblər. Daha sonra uşaqlara hədiyyələr verilib.
Şənlik Regional İnkişaf Üzrə Marfləndirmə İctimai Birliyi tərəfindən "Xəmsə Park" ticarət mərkəzin dəstəyi təşkil edilib.
[caption id="attachment_7097" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]