Gəncədə zəhərlənmə hadisəsi baş verib. Bu haqda 29 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə Həsrət Əliyev küçəsində qeydə alınıb. 38 yaşlı Aynurə Məmmədova dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.
Xatırladaq ki, dünən 33 yaşlı şəhər sakini dəm qazından zəhərlənmişdir. Onun vəziyyətinin ağır olduğu bildirilirdi.