Gəncədə keçiriləcək buraxılış imtahanlarının vaxtı məlum olub. Bu haqda Dövlət İmtahan Mərkəzinin saytında məlumat dərc edilib.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı vaxtları aşağıdakılardır:
- İmtahan Kəpəz rayonunda yerləşən məktəblərdə martın 5-i təşkil olunacaq.
- Nizami rayonunda fəaliyyət göstərən ümumtəhsil ocaqlarında imtahanlar martın 6-sı keçiriləcək.
Qeyd edək ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanların vaxtı barədə məlumat verilməyib.