Müdafiə Nazirliyi Gəncə sakinlərinə xəbərdarlıq edib. Bu haqda 14 fevral tarixində Apa-ya istinadən məlumat veririk.
İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının utilizasiyası davam etdiriləcək. Sözügedən işlər fevralın 14-dən 18-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Bildirilib ki, bu məsələ ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.