Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları qənnadı məmulatlarının satışı ilə məşğul olan mağazanı cəriməliyiblər. Bu haqda Report.az-a istinadən məlumat veririk.
Əməkdaşlar Atatürk 236 ünvanında yerləşən "AZZA" QSC-yə məxsus "AZZA CAKE HOUSE"-da yoxlamalar keçiriblər. Məlum olub ki, mağazada məmulatların üzərində etiket məlumatları olmadan satışa çıxarıldığı aşkar olunub.
Pozuntularla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.