Gəncədə şahmat üzrə şəhər birinciliyinin qalibləri təltif olunub. Bu haqda 1 fevral tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Turnir şəhər 2 nömrəli Uşaq Gənclər İdman-Şahmat məktəbində keçirilib. Yarış ümumilikdə 9 turdan ibarət olub. Burada 8, 10, 12, 14, 16 yaşlı məktəblilər iştirak ediblər. Turnirdə 300-dən çox şahmatçı mübarizə aparıb. Sonda hər yaş qrupu üzrə ilk 3 yeri tutan gənc şahmatçılar təltif olunublar. Onlara diplom və medallar təqdim olunub.