Gəncədə baş verən partlayış nəticəsində 86 yaşlı kişi xəsarət alıb. Bu haqda 30 noyabr tarixində Apa.az-a istinadən məlumat veririk.
Hadisə şəhərin "Qırmızı qəsəbə" adlanan ərazisində, yaşayış evlərindən birində qeydə alınıb. 86 yaşlı Həsən Musayev bədənin yanığı diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, evdə partlayış qaz sızması nəticəsində baş verib. Faktla bağlı araşdırmalara başlanılıb.