Gəncədə tələbələrin evini qarət edən şəxs saxlanılıb. Bu haqda 3 fevral tarixində Report-a istinadən məlumat veririk.
Kəpəz rayon Polis idarəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Binnətzadə saxlanılıb. O, mənzildən ümumi dəyəri 4000 manat olan qızıl-gümüş əşyaları və 3 mobil telefon oğurlayıb.
Bünyadzadə istintaqa təhvil verilib. Faktla bağlı araşdırma davam edir.
Xatırladaq ki, hadisə 31 yanvar tarixində baş vermişdir. Naməlum şəxs tələbələrin yaşadığı evə girərək onları hədələyib və qarət etmişdir.