Gəncədə yeniyetmə yuxarı mərtəbədən yıxılıb. Bu haqda 29 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə Yeni Gəncə qəsəbəsində baş verib. 16 yaşlı E.Rəfiyeva ehtiyatsızlıqdan yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb. O, xəstəxanaya yerləşdirilib. Yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisə Rəfiyeva eyvanda paltar asarkən baş verib.